Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Yar vəslin istəyən kəsmək gərək candan təmə

Qəzəllər
Yar vəslin istəyən kəsmək gərək candan təmə’,Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.
Aruziyi-vəsli-canan, canə afətdir, könül,Ya tə’əllüq candan üz, ya vəsli-canandan təmə’.
Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal,Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə’.
Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə,Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə’.
Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim,Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə’.
Arizin görmək həyatım tazə eylər, vəh nə eyb,Gər gəda vəchi-mə’aşın qılsa sultandan təmə’.
Müttəsil hirman qılır hasil təmə’dən əhli-hirs,Türfə kim, artar ona gəldikcə hirmandan təmə’.
İstər olsan həsrətü hirmanə hər dəm düşməmək,Kəs, Füzuli, dəhrdən ümmidü dövrandan təmə’.