Ey məh, mənimlə dustlərim düşmən eylədin,Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Peykanlarınla doldu tənim, afərin sənəBidad çəkməyə tənimi ahən eylədin.
Təhsin sənə ki, könlüm evin tirə qoymadın,Hər zəxmi-navəkin ona bir rövzən eylədin.
Olsun ziyadə rif’ətin, ey ahi-atəşin,Möhnətsəramizi bu gecə rövşən eylədin.
Əksilməsin təravətim, ey əşki-laləgun,Gül-gül damıb məqamımızı gülşən eylədin.
Can çıxsa, mənzil etməyə ev tut hübabdən,Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.
Mümkün degil, Füzuli, cahanda iqamətin,Bihudə sən bu mərhələdə məskən eylədin.