Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz,Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz.
Dəhanından əsər görmən, miyanındən nişan, vəh kimiMəni-nakamə ömrümdən müyəssər hiç kam olmaz.
Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.
Müridi-saqiyəm kim lütfi əhli-zövqə daimdir,Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz.
Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi:Siyasət olmayınca eşq mülkündə nizam olmaz!
Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz,Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz.
Füzulini məlamət eyləyən bidərd bilməzmiKi, bazari-cünun rüsvalarında nəngü nam olmaz.