Qansı gülşən gülbüni sərvi-xuramanınca var?Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var?
Qansı gülzar içrə bir gül açılır hüsnün kimi,Qansı gül bərgi ləbi-lə’li-dürəfşanınca var?
Qansı bağın var bir nəxli, qədin tək barvər,Qansı nəxlin hasili sibi-zənəxdanınca var?
Qansı xuni sən kimi cəlladə olmuşdur əsir,Qansı cəlladın qılıncı tiği-müjganınca var?
Qansı bəzm olmuş münəvvər bir qədin tək şəm’dən,Qansı şəm’in şö’ləsi rüxsari-tabanınca var?
Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn,Qansı gəncin əjdəri zülfi-pərişanınca var?
Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,Qansı bülbülün sürudi ahü əfğanınca var?