Könlüm açılır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc.
Baxdıqca sənə qan saçılır didələrimdən,Bağrım dəlinir navəki-müjganını görgəc.
Rə’nalıq ilə qaməti-şümşadı qılan yad,Olmazmı xəcil sərvi-xuramanını görgəc?
Çox eşqə həvəs edəni gördüm ki, həvasınTərk etdi, sənin aşiqi-nalanını görgəc.
Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm,Imanə gələr atəşi-hicranını görgəc.
Naziklik ilə qönçeyi-xəndanı edən yad,Etməzmi həya lə’li-dürəfşanını görgəc?
Sən hali-dilin söyləməsən, nola, Füzuli,El fəhm qılır çaki-giribanını görgəc.