Dəhənin şövqünü cansuz güman etməz idim,Yoxsa birdəm onu mən munisi-can etməz idim.
Vəsfi-xali-ləbini bilsə idim naməqdur,Arizusunda qara bağrımı qan etməz idim.
Xublar aşiqə meyl etmədiyin bilsə idim,Özümü eşq ilə rüsvayi-cahan etməz idim.
Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,Onu hər sərvin ayağinə rəvan etməz idim.
Salmasaydım dili-viranə imarət tərhin,Onda gənci-gühəri-eşqi nihan etməz idim.
Sitəmi-təneyi-əğyarə deyildim vaqif,Yoxsa yarın səri-kuyində məkan etməz idim.
Etməsəydi sitəmi-yar, Füzuli, məni zar,Bunca fəryad çəkib, ahü fəğan etməz idim.