Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş

Şeir
Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş,Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.
Götürmüş xakdən tüğyani-əşkim xarü xaşaki,Başım üzrə məlamət quşlariçün aşiyan etmiş.
Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can,Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş.
Səninlə də’viyi-hüsn etdigiçün mülki-hüsn içrə,Fələk tə’zir edib Leylini rüsvayi-cəhan etmiş.
Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndirKi, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.
Gəzən peykanlarındır təndə, ya can bağinə eşqinBəla sərçeşməsindən hər tərəf sular rəvan etmiş.
Füzulidən mizacın münhərif gördüm bu gün yarın,Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş?