Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu

XV əsrin şeirləri
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu,Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Sanmanız qanlı düyün, sinə dəlib, baş çəkmiş,Şöleyi-atəşi-ahi-dili-suzandır bu.
Kəsmə ümmid könül başına cizginməkdən,Ola nagəh, düşə fürsət ələ, dövrandır bu.
Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.
Nə yaxırsan oxun, ey atəşi-dil, vəsl günü,Bizə hicran gecəsi şəmi-şəbistandır bu.
Könül istər ala bir bu səri-zülfündən, leyk,Vermədən can dilər almaq, sanır asandır bu.
Dün demişsən ki: Füzuli mənə qurban olsun!Sənə qurban olayım, yenə nə ehsandır bu.