Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Hər hübabi-əşkimə bir əks salmış peykərim

Şeir
Hər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.
Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,Gülxənəm, əksik degil xakistərimdə əxgərim.
Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.
Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin,Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.
Nola hər saət od üstündə durarsam dud tək,Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.
Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim,Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.