Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər

Şeir
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Məgər divanədir sevdayi-əbrusilə zahid kim,Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.
Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdənVə ya peykanların kim, atəşi-dil onu su eylər.
Rəhi eşqində olman təngdil sevda hücumundan,Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.
Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”
Füzuli zülfünə bağılandı, əmma öylə incəldiKi, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.