Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar

Qəzəllər
Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,Anı görüb səfasından fələkdə afitab oynar.
Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,Vücudun nuru bərqindən camalında inqab oynar.
Çü gördü qəbqəbin eynim, dedi görün tamaşayıKi, lə’lin höqqə altında müəlləq durmuş ab oynar.
Qurulmuş məclisi-şahi, çalınır çəngü ney, qanun,Tərənnümlər qılır mütrüb, ara yerdə şərab oynar.
Fələk tərsinə dövr eylər, məgər axır zaman oldu,Qəfəsdə tutiyü qumru, çəmənlərdə qürab oynar.
Fərəhdən cümlə üşaqqın fəğanı göylərə ağdı,Həsəddən zahidi-xüşkün qabağında xunab oynar.
Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,Kitabü nərdü şətrəncü odü yel, su, türab oynar.