Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşq

Qəzəllər
Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.
Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi,Halıma həmdəm olandan dünyada sevdayi-eşq.
Qalmadı namusü namım eşq içində zərrəcə,Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.
Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam,Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq.
Sən humayun laməkansan, kəndözündən bixəbər,Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq.
Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et,Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq.
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf,Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.