Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər

Qəzəllər
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.
Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin,Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.
Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər.
Sübhi-vəslindən camalın afitabın görməyə,Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.
Ey Nəsimi, yarın əsmasın dilindən qoymagilKim, müsəmmaya səni xasiyyəti-əsma çəkər.