Apardı könlümü bir çeşmi-məxmur,Kim ola istəməz ol hüsnə məğrur.
Şərabi-lə’linizdən cür’ə içdi,Ənəlhəq çağırır eşqində Mənsur.
Həqin əsrarını mən anda gördümKi, Musa söylər idi bər-səri-Tur.
Sənin eşqində, ey LeylisifətliKi, Məcnun olmuşam aləmdə məşhur.
Çü Isa nöh fələk çərxinə çıxdım,Cahanı sərtasər gördüm pür əz nur.
Nəsiminin cahanda yarı sənsənKi, sənsən cənnətü cənnətdəki hur