Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Bu nə adətdir, ey türki-pərizad

Qəzəllər
Bu nə adətdir, ey türki-pərizad,Qəmindən olmadım bir ləhzə azad.
Siyəhdil gözlərin qan tökmək üçünÇəkibdir tiğini manəndi-cəllad.
Bu bidadı mana eşqin qılıbdır,Cahanda qılmadı Nəmrudü Şəddad.
Rəvamı, könlümün şəhrində səndənFəraqü qüssəvü qəm tutdu bünyad.
Gəl, ey Şirindəhən, eşqin yolundaMənəm ol kuhkən biçarə Fərhad.
Nəzər qılgil bu viran könlümə, şah,Qılır sultan olan viranı abad.
Bir eyü ad edin fani cahanda,Ululardan cahanda qaldı bir ad.
Nəsiminin kəlamından eşitgil,Vəfasızdır cahan, sən qılma bidad.