Bağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.
Başdan ayağa külli-vücudum oda yandı,Yarəb, yaraya dərdimə dərmani-filani.
Şahın quluyam, eyləmişəm yüz kərə iqrar,Bel bağlamışam bəndə bəfərmani-filani.
Sundum əlimi daməninə bəs ki, dutaydum,Bağladı qapu, qoymadı dərbani-filani.
Billah, sərü can cümlə bəşükranə verərdim,Gər olsa idim bir gecə mehmani-filani.
Ənbər saçılır, zülfünü gər şanə qılırsa,Şəkkər tökülür əz-ləbü dəndani-filani.
Bu şəhri qoyub üştə gedər xəstə Nəsimi,Bədnami-cahan oldu bədövrani-filani.