Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə

Şeirlər
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə,Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.
Könlümü viran eylədim, mehrin yerin can eylədim,Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə.
Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim,Hərdəm mana bir dərd ilən artırma dərman üstünə.
Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi:Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə.
Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbinŞö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə.
Nuri-təcəlli sirrini xalında gördü gözlərim,Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə.
Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur,Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.