Dünya duracaq yer deyil, ey can, səfər eylə!Aldanma anın alına, andan həzər eylə!
Bir halə qərar eyləməz əyyam, keçər ömr,Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!
Payəndə degil dövləti, ey xacə, cahanın,Əsbabinə aldanma, gəl andan güzər eylə!
Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəlCan ilə cahan ortaya qoy, tərki-sər eylə!
Düşdü saçının zülmətinə könlüm, ilahi,Şol hali pərişanə bu şami səhər eylə!
Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!
Gər Musiyi-Imran kimi şol narə sataşdı,Gəl, tabişini göstərü şərhi-şəcər eylə!
Dünya evinin səltənəti beş gün imiş çün,Bünyadını yıx, ər kimi, zirü zəbər eylə!
Şol püstədəhanın xəbərin bildi Nəsimi,Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!