Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.
Qamətin tubadurur, nun vəl-qələmdir qaşların,Hazihi cənnati-ədnin lə’li-şəkkərbarınız.
Sureyi-vəlleyl zülfün, gözlərin nə’məlbəsər,Leyk sübhanəlləzi-əsradurur əsrarınız.
Surətin vəşşəms oxuram dəmbədəm ixlas iləTa ki, hüsnünü bəladən saxlasın cəbbarınız.
Qul kəfa billahidir zikri Nəsimi xəstənin,Həq bilir kim, sümmə-vəchullahdurur didarınız.