İlahi, biqərarım, biqərarım,Yanar ruhum, dəmadəm əşkbarım;
Vuruldum bir vəfasız işvəkarə,Əsirim bən, əsiri-eşqi-yarım.
Arqadaş! Əlverir bunca zillət,Bunca qəflət yetər, qalq, oyan!
Qəhr olub getdi zülmü fəlakət,Artıq fürsət! Gözəl bir zaman...
Çoq əzildin yetər, haydı doğrul, ər ol!Haq sənindir bu gün, arqadaş! Hazır ol!
Haq sənin, çünki zəhmət sənin...Güc sənin, sə’yü qeyrət sənin...