Fələk hər gün qıyar bir novcəvanə,Hər gün qılar bir aşiqi divanə.
Hər tərəf məzarlıq, hər yer qəmxanə,Açılmadan solmuş çiçəkli bağlar.
Bir gülən yoq şu qayğılı dünyadə,Çoqlar nakam olub irməz muradə,
Kimsəni görmədim zevqü səfadə,Bülbül ağlar, sünbül ağlar, gül ağlar.