Söz Bulaq loqosu

Hüseyn Cavid

Urmiyədən məktub

Şeir
Aparır külək hər gün gülüstandan bir gülü,Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.
Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!
Dağladı ürəkləri o, öz fərağı ilə,Könlümüz munisindən bizləri məhrum etdi.
Səməndər kimi qeyrət oduna düşüb yandı,Rus dövlətində o, belə nöqtəyə çatdı.
Yazaraq nəşr etdiyi maarif yayımiləHəyat verdi xalqına, qaranlıqdan çıxartdı.
Xalq inkişafı üçün çox çalışdı, can atdı,Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı.
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,Həyatdan məhrum olub, Fəna həbsində yatdı.
Onun vəfatı ilə yenə cəhalət artdı,Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü.
Həsrət ilə hamının ürəyi doldu qana,Fəraqilə onların həyat ümidi itdi.
Tövhid gülüstanının gülçini olmuşdur o,Müqəddəs yol yolçusu olub, o yola getdi.