Bahar, bahar gəlmiş, yenə ilk bahar;Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinir al, yaşıl;Yerlər, göylər parıldar işıl-işıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,Güllüklərdə dügün, dərnək qururlar.
Sevgili bir çoban, on bir yaşında,Düdük çalar axar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,Oynar, mələr, qoşar yenə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağırXəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çox qız, oğlanOynaşıb oxuşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,Haqqın qüdrətinə heyran olurlar.