Söz Bulaq loqosu

Hüseyn Cavid

Qəmər!

XX əsrin şeirləri
Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,Vücudum atəşi-humma içində həp yanıyordu.
Bütün mühitimi süzdükcə artıyordu məlalim,Gözümdə bir sürü teyfi-əməl qanatlanıyordu.
Səma gözəldi, hava safü xəndəriz... fəqət mənBu iğbari-siyahrəng içində məhv oluyordum.
Dəniz kənarinə endim, dərin-dərin düşünürkən,Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum.
Dəniz də heyrətə dalmış, bənim kibi o da düşgün...Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakin
Bən ağlıyordum, o xamuş... bən həyatıma küskün,O eyliyordu dərağuş önümdə bir təni-simin.
Qəmər, o çöhreyi-dilbər, o nuri-cazibəpərvər,Çiçəklənirdi onun sinəsində hər yeri üryan;
Qəmər, o misrai-bərcəstə, ah... o şeri-münəvvər,Gülümsiyor, onu əmdikcə mavi bir ləbi-rəyyan.
Bəni o nuri-lətif eyləmişdi kəndinə məftun;O simbər qızı dalğın nəzərlərimlə öpərkən,
“Qəmər! Qəmər!..” deyə qarşımda sanki bir dili-məhzunAnar da keçmişi, həp çırpınırdı inliyərəkdən.
“Bu hanki səs, bu nasıl bir iniltidir?” deyə daldım,Həmən önümdə sənin çöhreyi-həzinini buldum.