Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət
Ruhi-məcruhə eyliyor ithaf.Nazənin bir fəriştə, bir afət.
Bu təsəttür nasıl da cazibədar!Bunda pək incə bir lətafət var.
Sanki bir nevşükuftə gül fidanınPənbə tüllər əhatə qılmışdır.
Ya ki bir kevkəbi-dirəxşanınÜstünü həp şəfəqlər almışdır.
Mən açıq şerdən də həzz edərim,Fəqət ən gizli şeri pək sevərim.
Açaraq sivrilir çoq afətlər,Saf və azadə sanki bir zanbaq...
Sən əmin ol ki, ey şükufeyi-tər,Gülə pək başqa fər verir yapraq!
Söylə! Dünyada hanki sənətkar,Kölgəsiz bir rəsimdə sənət arar!?
O vücudi-lətifi qoy sarsın,Nurdan işlənən ipək tellər.
Bəncə məğrurü möhtəriz baqışınRuhu təltif için kifayət edər.
Örtün! Örtün... Fəqət unutma, saqın!Sənin açmaq zamanın: iştə yarın!..