Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Qoşardı bağçada... bir şey görüb də etdi maraq:— Əfəndim, annəciyim! Şöylə saçdığın nə?
— Saqın,Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.
Səninçin iştə bir az sonra pənbə, mavi, sarıGözəl çiçəklər açar həpsi; anladınmı?
— Xayır,Xayır mən onları sevməm; mənimki pək ayrı,
Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.— Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,
Bəyəndiyin yerə saç... Kəndin iştə qönçəyi-naz!..Çocuqcığaz gülərək həp birər-birər ayırır;
Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən,O imdi bir kələbək... hoplayır sevincindən.
Bu vəqədən azacıq bir zaman keçib getdi...Gülümsəməkdə ikən şəms, o növərusi bahar,
Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,Sarıb da bağçayı həp rəngə, nura qərq etdi.
Fəqət o nazlı mələk nerdə?!.— İmdi yapyalınız,
Dərin bir uyquya dalmış məzar içində o qız!