Söz Bulaq loqosu

Hüseyn Cavid

Çəkinmə, gül!

XX əsrin şeirləri
Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələrSimaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
Şaqır-şaqır ötüşündən, ey əndəlibi-səhər!Bir etila duyarım, başqa bir səfa bulurum.
Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndəBir ehtizaz ilə nəşr eyləməkdə şəbnəmlər?
Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə,Səmadə qevsi-qüzehlər saçar təbəssümlər.
Bütün bir ömrə bərabərdir öylə hər gülüşün,Bilirmisin, gözəlim, ah, sən nə afətsin!?
Bu abü tab ilə bir mevceyi-lətafətsin.Çəkinmə, gül! Ləbi-ləlin həyatı güldürsün;
Şu halə qarşı bütün bənliyim qalır məbhut,Baq, iştə heykəli-camid qadar əsiri-sükut...