Xabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
Ney kimi bağrın dəlib, hər dəmdə nalan eyləsün,Dərdilə yansın, yaxılsın vəsləti-yar istəyən.
Aşiqin yanmaqdan özgə dərdinə dərmanı yox,Yanmağa pərvanə bolsun şəmi-rüxsar istəyən.
Aşiq oldur canü dildən dərd qıldı ixtiyar,Dərdinə dərman buldu dərdi təkrar istəyən.
Can verib bir can üçün yansa Həbibi, qəm deyil,Masəvadan fariğ oldu vəsli-dildar istəyən.