Can içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim.
Hər qaçan bir busə etsə can ləbindən iltimas,Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim.
Nemətü nazın cahanın nə der, ey can, canü dil,Kim olara cövri-nazın oldu çün nazi-nəim.
Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,Könlümün aramı getdi, canda qəm oldu müqim.