Söz Bulaq loqosu

Həbibi

Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər

Qəzəllər
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Sən ol insani-kamilsən, ola, ey surəti-rəhmanKi, daim hüsninə səcdə süruşü mehrü mah eylər.
Əmin olan həvadisdən, dü aləmdə o aşiqdirKi, sən məşuqi-qeybinin eşigin ol pənah eylər.
Səadətli ayağınun tozu hər başa kim qonsa,Əlini erdürür ərşə, adın sahib-külah eylər.
Bu xaki cismimi mehrin odunun yeli yaqdıqca,Gözüm seylab olur ol dəm, həm ahim kuhi kah eylər.
Qamu şahmat olur şaha fərəs filiylə fərzin sür,Qaçan kim baydaqi-xalin rüxün nətində şah eylər.
Müənbər zülfinə müşki-xəta öygənmək etdikcə,Yanar fikri-xətasının oduna çün günah eylər.
A Şəmsəddini-canpərvər, titirər gög, qamu əxtər,Həbibi eşqin odundan k-o dəm dərd ilə ah eylər.