Söz Bulaq loqosu

Həbibi

Mən ki, ləlin can yerində görmüşəm

Qəzəllər
Mən ki, ləlin can yerində görmüşəm,Dərdini dərman yerində görmüşəm.
Tiri-qəmzən zəxmini candan rəvanMərdüm axar qan yerində görmüşəm.
Xaneyi-gözdə xəyalın kölgəsin,Şükr kim, mehman yerində görmüşəm.
Gün yüzündə küfri-zülfin, ey sənəm,Mən yəqin iman yerində görmüşəm.
Müshəfi-hüsnündə xəttü xalınıHərfbəhərf Quran yerində görmüşəm.
Qaşların yayinə kim eyd ayıdır,Canları qurban yerində görmüşəm.
Hər nə cövr etsən, Həbibi, lütf ilə,Hüsni-xülq ehsan yerində görmüşəm.