Hər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Hər nə kim edər kişi, ey yol əri,Ol gərək kim, həsbətən lillah ola.
Eşqi-məşuqə qul olan sidq iləDünyəvü üqba içində şah ola.
Aşiqin işi gərək şamü səhərVirdi həsrət göz yaşilə ah ola.
Bu üfüqdən hər sitarə kim doğar,Mehri-aləm can gögündə mah ola.
Nur ilə röşən ola bu kainatOl səadət nəcmi Şəmsullah ola.
Vəchi-adəmdir sirati-müstəqim,Ana doğru getməyən birah ola.
Etməyən səcdə mələkvəş adəməDivi-məlun, asiyi-gümrah ola.
Öldürür sultan iki aləmdə bəs,Çün Həbibi hər ki, Abdullah ola.