Söz Bulaq loqosu

Həbibi

Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur

Qəzəllər
Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.
Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü,Der rəvan mehrab içində bir-iki sərxoş yatur.
Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,Baği-cihandan1 sibü gül-şəftalü verüb xoş yatur.
Qabi-qövseynünlə qəmzən oxuna canü diliSinəmiz içində həm qurbanü, həm tirkəş yatur.
Gözümün yaşilə ahim atəşindən yerü gögXüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur.