Söz Bulaq loqosu

Əli bəy Hüseynzadə

Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvan

1892-ci ilin şeirləri
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həpimiz hakpərəstan;Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Çingizləri titrətdi şu afaqı sərasər,Teymurları hökm etdi şahənşahlara yeksər.
Fatehlərinə keçdi bütün kişvəri-kaysər...Hərçənd düçari-möhnəti-əhli cəfayız,
Hərçənd bu əyyamda pabəndi-bəlayız.Ey xar görən bizləri, bizlər nücəbayız,
Meydani-həmiyyətdə ələmdari vəfayız.Turanlılarız, sahibi-şanü şərəfiz bız
Əslafımızın naibi xeyrül-xələfiz biz!Ey zülmü cəhalət, həzər et göz yaşımızdan,
Dur olmalısın torpağımızdan, daşımızdan,Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,
Hürriyyət üçün vaz keçəriz can, başımızdan.Turanlılarız, sahibi-şanü şərəfiz biz,

Əslafımızın naibi xeyrül-xələfiz biz.