Vəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Məhəmmədin ruhu pür məalidirMeraca məzhərdir o ruhi-zişan.
Nicatı sidqdə ara, sadiq ol;Adil ol, batildən haqqı fariq ol,
Alnında iffətin nuru parlasın,Rızayı Heydərə talib, aşiq ol.
Qadınlığa şərəf vermişdir Zəhra,O nuri-dideyi Həbibi-Xuda.
Etmişdir analıq vəzifəsiniXaneyi-Heydərdə bihəqqin ifa.