Bulaqların gözü açıq,Ormanların üzü açıq;
Dumalardır uçub gələnQaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalaraŞaqqıldaşa, şaqqıldaşa!
Duman qalxır göyə doğruMeşələrin nəzərindən.
Buzlar düşür parça-parçaŞüşələrin üzərindən.
Puçurlayır yavaş-yavaşAğaclarm budaqları.
Mehdən əsir həzin-həzinGül-çiçəyin yarpaqları!
Dərədə sel qıjıldayır,Şən arılar vızıldayır.
Hər yandan xoş avaz gəlir,Sular deyir: Yaz.., Yaz gəlir!