Açıldı hava,Qurtardı dava.
Getdi qış,Gəldi yaz.
Doğdu Günəş,Bitdi ayaz.
Çölə çıxdıQoyun-quzu.
Güldü yenəGöyün üzü;
Güldü yenəYerin üzü.
Düzlər yenə çiçək açdı,Günəş qovdu, soyuq qaçdı.
Soyuq qarla isti GünəşYazda Qışın davasıdır.
Görən deyir:Üzə dəyən
Meyxoş meh dəGözəl Yazın havasıdır!