Söz Bulaq loqosu

Aşıq Ələsgər

Zöhrə ilə deyişmə

Şeir
Ə l ə s g ə rSöylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?Bülbül tək asmana yetişib nalam,
Səhni-gülüstana dedin, nə dedi?Z ö h r ə
Gedib, ərzi-halın yara söylədim,İnciməsin məndən, – canana dedi.
Zülm əliylə məni yada verirlər,Viran qalsın belə zamana, – dedi.
Ə l ə s g ə rYadıma salanda boy-büsatını,
Xəstə könlüm minir eşqin atını,Gah axtarır yerin yeddi qatını,
Gah çıxır asmana, dedin, nə dedi?Z ö h r ə
Nakəs müxənnətin boynu vurulsun,Vay düşsün evinə, şivən qurulsun,
Məhərrəmin oğlanları qırılsın,Qalmasın yurdunda nişana! – dedi.
Ə l ə s g ə rAşiq oldum bir nainsaf millətə,
Qolu bağlı məni verdi cəllətə.İncilə, Zəbura, Səhfə, Tövrətə,
And verrəm Qurana, dedin, nə dedi?Z ö h r ə
Seyraqublar aralığı qatdılar,Zülm ilə boynuma kəmənd atdılar,
Atam, anam məni pula satdılar,Onlar yetişməsin imana, – dedi.
Ə l ə sg ə rKönül gərək istədiyin istəyə,
Dostun sözün dosta gərək dost deyə.Rəhm elədin mən günahkar xəstəyə,
Dərdimi Loğmana dedin, nə dedi?Z ö h r ə
Zöhrəyəm, sinəmdə dərdü qəm çoxdu,Üstümə tökülən peykandı, oxdu,
Dünyada ədalət, haqq-divan yoxdu,Yetirə dərdimi dərmana, – dedi.
Ə l ə s g ə rKəc dolandırmasın xam xəyalını,
Can qoyan istəməz dünya malını.Yazıq Ələsgərin ərzi-halını

Sərvi-xuramana dedin, nə dedi?