Aləmdə dastan olub səddin, sorağın, Şah dağı!Açılıb nərgiz, bənövşən, əcəbdi çağın, Şah dağı!
Abi-kövsər kimi axır çeşmən, bulağın, Şah dağı!Heyif ola, bu çeşmədə yoxdu bir sağın, Şah dağı!
Müxənnət yaylar köysündə, pozar damağın, Şah dağı!Haqq səni cənnət yaradıb, qanan yoxdu, qədrin bilə;
Sədrin badi-səfasından xəstə könlüm gəldi dilə;Mürğ tək balü-pər açdım, oxudum döndüm bülbülə;
Bir gözəl keçdi qarşıdan gözlərindən gülə-gülə;Dağıtdı ömrüm qəfləsin, nə çoxdu yağın, Şah dağı!
Süsən, sünbül, gül, ərğəvan köysündə laləzar verib;Alan, satan gözəllərdi, nə rəvac bazar verib;
Damənin çəhar fəsildi, hər meyvə bitib, bar verib;Xudam səni çox bəyənib, bir belə ixtiyar verib;
Dalın dənizə söykənib, Kürdü ayağın, Şah dağı!Bir tərəfin Çənbərəkdi, görənin həvəsi gəlir;
Topaşandan qəflə işlər, Gəncənin meyvəsi gəlir;İstanbulun al qumaşı, Bağdadın xurması gəlir;
Oxuyur türfə gözəllər, kəklik tək sədası gəlir;Aşıq üçün cənnət qoxur daşın, torpağın, Şah dağı!
Mən gəzmişəm Qafqazyanı, haqq səni bir xəlq eləyib;Ağrı dağı padişahdı, səni vəzir xəlq eləyib;
Çiçəklərin kimyədi, daşını dürr xəlq eləyib;Boyun minadan çəkilib, sərində pir xəlq eləyib;
Murov, Muşov, Murğuz, Kəpəz olmaz yamağın, Şah dağı!Hansı iyid dara düşsə, nəzir deyir, yada salır;
Yeddi kralın qaçağı pənahlanıb, səndə qalır;Kor gələndə, şəfa tapır, müztər gəlsə, mətləb alır;
Saatda yüz çiçək açır, hər biri bir irəng çalır;Belə məlum, qüdrətdəndi Küpün, boyağın, Şah dağı!