Söz Bulaq loqosu

Aşıq Ələsgər

Öldürəcək bu qəm məni

Şeir
Ala gözlü, telli ceyran,Öldürəcək bu qəm məni.
Həsrətindən oldum xəstə,Öldürəcək bu qəm məni.
Təbibimsən, yetiş dada,Pərvanəyəm, yandım oda.
Sən atlısan, mən piyada,Öldürəcək bu qəm məni.
Ələsgərdi mənim adım,Aləmi yandırır odum,
Heç yerdən yoxdu imdadım,Öldürəcək bu qəm məni.