Söz Bulaq loqosu

Aşıq Ələsgər

Çataçat

Şeir
El yeridi, yalqız qaldın səhrada,Çək əstərin, çal çatığın çata-çat.
Hərcayılar səni saldı irağa,Həsrət əlin yar əlinə çata-çat.
Qışda dağlar ağ geyinər, yaz qara,Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,Daşar çaylar, gələr daşlar çata-çat.
Ələsgərin xəddi çıxdı çal indi,”Hey”i «yey”ə, «dal»ı «rey»ə çal indi,
Hərcayının kəlləsindən çal indi,Çal çəngəlnn, çək ciyərin çata-çat.