Söz Bulaq loqosu

Almas İldırım

Dağlar

XX əsrin şeirləri
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!
Yaşil, zümrüd gözlü yamaclarındaAçılır lalələr, ğüllər, a dağlar!..
Tarixdə namının silinməz şanı,Karvanlar boynunun qızıl mərcanı,
Sinəndə kəsərlər ellər qurbanı,Keçirərkən ağır illər, a dağlar!..
Torpağın cəvahir, daşların almas,Çamlıqlar geyinmiş ipəkdən libas,
Bəzən bilməm neçin saxlayırsan yas,Quzğundan əsərkən yellər, a dağlar?..
Çəkilmiş qəlbinə əskidən min dağ,Titrəyir eşqini anan hər dodaq,
Yayılır şikəstə səsləri dağ-dağ,Nə söylər bu qərib dillər, a dağlar?..
Zirvəndə oynayan ruzgarlar acı,Illərlə görünməz başının tacı,
Anlat ki, dərdinin nədir ilacı,Nədir bu dumandan tüllər, a dağlar?
Boynunda qızlardan rəngin bir dəstə,Lalələr dağılmış yolların üstə,
Sən gəl bu ölkədən min qurban istəSəndən əsirgəməz yollar, a dağlar!..