Ey əskidən bəri yasa bürünən,Şərəfli anamın gülüzlü qızı,
Al şəfəqlər içrə indi görünənŞərq üfüqlərinin pənbə yıldızı.
Bir zaman yurdumun qaranlıq qalanBucaqlarında sən ağlamazmıdın?
Hürriyyət eşqilə coşub çırpınanAnamın ürəyin dağlamazmıdın?
Fəqət indi harda o dərin-dərinHəzin nalələrin, iniltilərin?
Söylə, ağ günlərə çıxdınmı bur gün?Zülmün heykəlini yıxdınmı bu gün?..