Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Qorxum budur, nəhayət, qiyamətə şur salar,Bu fitnə ki, onunla qarışdı bu zamanə.
Tufan gərəkdir indi gül şaxəsin sovursun,Orda ki, miskin bülbül salmışdır aşiyanə,
Bağban ilə o gülçin nə mənfəət görəcək,Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə?
Hər könül ki, bəladan qorxub geri qaçmadı,--Mərdanə qarşı durdu bu zalim asimanə.
Mən susmuşam, etmərəm dərdlərimdən şikayət,Aman bu dərdlərdən ki, bənd vurmuşdur zəbanə.
Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə,Ki, əzilmiş qanadla atar can gülsitanə.