Bir səhər vaxtında birdən gəldi hatifdən nida,Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar.Yox olur başlanmadan hər eşqə bağlı macəra.
Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd,Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada.
Etibar olmaz budaqda güllərin dövranına,Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa.
Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm,Bu sarayda zülm-adət, qan-mübahdır daima.
Gözlərin min işvə ilə öldürür min aşiqi,Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva.
Qüdsinin hər nəğməsindən yarın ətri pəxş olur,Bir adındır bəxş edən ətri onun asarına.