Söz Bulaq loqosu

Abbasqulu ağa Bakıxanov

Min bir bəlaya düşdü, budur əhli-ruzigar

Qəzəllər
Min bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.
Heç gizlədə bilərmi könül yar eşqini?Etmiş bu dərdi çaki-girbanım aşikar.
Sakit deyil könül ki, onun ahu gözləri,Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar,
Bir ömrdir ki, verdim ona xəstə könlümü,Mən bilmədim ki, yoxdur ona zərrə etibar.
Daim qəm içrə düşdüm onun vəslin axtarıb,Oldum əbəs o qaniçənə mən ümidvar.
Verdim firib qəlbimə xabü xəyal ilə,Bəlkə bir az keçə yüngül bu intizar,
Yada salarmı heç bu əsir bülbülü o şux,Gülzar içində yan-yana minlərcə Qüdsi var.