Söz Bulaq loqosu

Abbasqulu ağa Bakıxanov

Gün üzrə ay tuluimi ya gün kəmanıdır

Qəzəllər
Gün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Cami-cahannümayə düşüb əksi-asiman,Xalın səvadi əxtəri-bəxtim nişanıdır.
Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb,Hala ki, şaxi-güldə təcəlla zamanıdır.
Badi-səba əbirfişani-çəmənmidir,Ya bustani-hüsn ruxün busitanıdır?
Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?
Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,Pərva qılurmu əhli-cünun dastanıdır.
Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,Bu gülşənin baharı, zəmani-xəzanıdır.