Söz Bulaq loqosu

Abbasqulu ağa Bakıxanov

Gözlərin kim aşiqə məxmur şəklin göstərir

Qəzəllər
Gözlərin kim aşiqə məxmur şəklin göstərir,Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin,Xatirim nari-şəcərdən Tur şəklin göstərir.
Nəşeyi-meyxarə bais nolduğun bildim künun,Bir pərivaş can əra məstur şəklin göstərir.
Kuyi-canandan cüda aşiqlər əhvalın desəm,Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.
Qamət üzrə taqi-geysudən asılmış, həqqi var,Dil ənəlhəqq söyləsə Mənsur şəklin göstərir.
Asimanda gövkəbi-səd olsa Əsəd yerdədir,Bu səbəbdən yer savadi nur şəklin göstərir.
Töhfeyi babi-Süleyman söyləsəm, Qüdsi, nolur,Bu qəzəl rani-mələxlə mur şəklin göstərir.