Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,Nisbət bu qaşü bu gözə bənzər məhal olur.
Qafi--qaşın, tayi--telin, lami--ləblərin,Aləmdə əlbir eyləsə, billah qital olur.
Lövhi-xəyalə hər necə təhr eyləsəm qaşın,Gəlməz xəyalə axırı məhzi-xəyal olur.
Sirri-dəhani sordum o şəkkər dodaqdən,«Pünhan danış bu sirri--dedi,--qilü qal olur».
Görçək o atəşin üzünü nitqim oldu lal,Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur.