Köhnə Şamaxının seyrin eylədim,Əl dəyməmiş təzə bağlar qalıbdı.
Elə köçüb gedib ulusu, eli,İşlənməmiş ağ otaqlar qalıbdı.
Fələk, şad könlümdən alma həvəsi,Ayırma yarımdan, tutaram yası,
Necə oldu bu seyvanın yiyəsi?Dərd-qəmi var, tamam ağlar qalıbdı.
Xəstə Qasım adım, şaha deyili,Çərxi-fələk, səndən mənəm gileyli,
Elə köçüb gedib bivəfa Leyli,Bircə Məcnun, bir də dağlar qalıbdı.